Erməni Ekspert : Biz azərbaycanlılarla fəxr edirik - Baku TV

Erməni Ekspert : Biz azərbaycanlılarla fəxr edirik - Baku TV Ermənistanda kifayət qədər izləyicisi olan “Ekspertlərin klubu” proqramı “Azərbaycan qalib olduqdan bir il sonra” başlığı altında veriliş hazırlayıb. Prodüser Armen Qriqoryanın aparıcısı olduğu verilişin qonağı Azərbaycan üzrə ekspert Armine Adibekyan olub. Onlar verilişdə Azərbaycanın qalib olduqdan sonra Ermənistanın viran qoyduğu torpaqlarda bir il ərzində gördükləri işlərdən söhbət açıblar. Daima təxribatçı açıqlamaları ilə gündəmdə olan prodüser bu dəfə görülən işlərdən heyran qaldığını etiraf edib. Armine Adibekyan qeyd edib ki, 30 il ərzində erməni işğalında olan torpaqları geri qaytardıqdan sonra Azərbaycan bütün dünyada güclü bir xalq kimi tanınır. Ekspert müsahibəsi zamanı əlavə edib ki, hətta bir erməni olaraq Qarabağda görülən işlərə nəzər saldıqda fəxr hissi duyur. Ermənistanda isə vəziyyətin acınacaqlı olduğunu deyən Armine Adibekyan təəssüf hissi keçirdiyini etiraf edib. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həf
Back to Top