Rusiya telekanalında Azərbaycana qarşı növbəti təxribat - BAKU TV
Rusiya telekanalında Azərbaycana qarşı növbəti təxribat - BAKU TV
Sosial şəbəkələrimiz
Rusiya televiziya məkanında Azərbaycana qarşı növbəti dəfə təxribat törədilib.
Ölkəmiz əleyhinə təxribat bu dəfə “Rossiya 1” telekanalının efirində canlı yayımlanan “Kto protiv?” siyasi tok-şousunda baş verib.
Siyasi ekspert Dmitri Kulikovun aparıcısı olduğu proqramın 24 yanvar tarixli efirində erməni əsilli “ekspert” Araik Stepanyan Azərbaycan əleyhinə təxribatçı ifadələr səsləndirib.
O, guya Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərdiyini və onlardan xilas olmaq istədiyini iddia edib. Özünü “Geosiyasi Problemlər Akademiyasının prezidenti” kimi təqdim edən “ekspert”in Azərbaycan əleyhinə təxribatçı fikirlərinə digər spikerlərdən reaksiya gəlməyib.
Onu da vurğulayaq ki, həmin proqramda heç Azərbaycan müzakirə mövzusu olmayıb. Əsas müzakirə mövzusu Türkiyə-NATO münasibətləri və Rusiya-Ukrayna müharibəsi olub. Ukraynadakı macarların rəsmi Kiyev tərəfindən guya bilərəkdən ölkənin şərqindəki hərbi əməliyyatlara cəlb olunduğunu iddia edən Stepanyan həmin vaxt canlı efir imkanından istifadə edərək Azərbaycan əleyhinə fikirlər səsləndirməyi də unutmayıb.
Rusiya telekanalında Azərbaycana qarşı növbəti təxribat
© 2022 © All Rights Reserved ℗ Baku TV
#rusiya #azerbaycan #texribat