Laçın Beynəlxalq Hava Limanının planı və görülən işlər
Laçın Beynəlxalq Hava Limanının planı və görülən işlər
Sosial şəbəkələrdə Laçın rayonunda tikilən yeni hava limanının necə görünəcəyi haqda video yayımlanıb.
Görüntülərdə hava limanının dispetçer qülləsi, əsas terminal binası, uçuş-enmə zolağı, dayanacaq, körpü ilə aeroporta gələn avtomobil yolu yer alıb.
Ölkəmiz üçün mühüm əhəmiyyəti olan Laçın aeroportunun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq.
Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Hava limanında saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstəriləcək.
Hava limanının inşası Laçın və Kəlbəcərin turistik potensialından geniş istifadə olunmasına imkan vərəcək.
Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci il avqustun 16-da qoyulub və tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Laçın Beynəlxalq Hava Limanının planı və görülən işlər
2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#Laçın #HavaLimanı #LaçınHavaLimanı #aeroport #airport #trend #sondəqiqə #keşfet #sondeqiqe #sonxeberler #gündəm #sonxəbərlər