Şuşadan danışarkən kövrələn qazi işlə təmin olundu - Baku TV

Şuşadan danışarkən kövrələn qazi işlə təmin olundu - Baku TV İyulun 14-də Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə təsirli çıxışı ilə yadda qalan müharibə əlili Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin edilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə qəbul edilən Ruslanı elə iş başında Baku TV olaraq biz də ziyarət etdik. Ruslan döyüşlərdə iştrak etməzdən əvvəl tamamilə fərqli bir sahədə çalışıb, aşpaz işləyib. İndiki işində isə şəhid ailələrinin üzvləri, bəlkə də birlikdə çiyin-çiyinə vuruşduğu döyüş dostları ilə qarşılaşacaq. Qeyd edək ki, Ruslan Şıxıyev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Onu da bildirək ki, Prezident İlham Əliyevin sərəncamları ilə “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilən qazimizə iyunun 14-də dövlət başçısı tərəfindən Xocasən yaşayış kompleksindən 3 otaqlı mənzilin sənədləri təqdim edilib. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vaci
Back to Top