Gərgin anlar: Dağıstanla sərhəddə azərbaycanlılarla polis arasında qarşıdurma

Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən Azərbaycan vətəndaşları ilə polis arasında gərginlik olub. Rusiya polisi havaya xəbərdarlıq atəşi açıb, xəsarət alanların olduğu deyilir. Sərhəddə qalanlar AzadlıqRadiosuna deyiblər ki, onlar koronavirus səbəbinə görə sərhəddə qalıblar. Vətəndaşların çoxusu bir aydan çoxdur sərhəd ərazisində qalıblar.
Back to Top