Söz: Fərid Sumqayıt
Musiqi: Fərid Sumqayıt
Aranjiman: İlqar Dəniz
Cover : Abuzer
Mahninin Sözləri:
Daha yar olmaz o yardan bizə
Nə vəfa bi-etibardan bizə
Bu qədər bəsdi günah etdik
Baxır Allahda yuxardan bizə.
O, nə Məcnundu nə Leyladı
O bir aləm bir dünyadı
Onu şair necə vəsf etsin
O, xəyalımdakı sevdadı
Nəqarət:
Məst edibdir bizi peymanələr
Gecə meyxanələr, gecə meyxanələr
Başa düşməz bizi biganələr
Dəli divanələr, dəli divanələr.
Bəzən insan küsür hər şeydən
Qara qismət qara taleydən
Üzümüz gülmədi onsuzda
Saqi aşiqlərə süz Meydən
Saqi mey süzki üzüm qalmasın
Qoca dünyada gözüm qalmasın
Məni dindirmə danışdırma
Yenə içdimki sözüm qalmasın.