Azərbaycanlıların barbarcasına deportasiyasına göz yumulurdu | İlham Əliyev
Azərbaycanlıların barbarcasına deportasiyasına göz yumulurdu | İlham Əliyev
“1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və 100 minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
“Onların çoxu dözə bilməyib və vəfat edib. Həm də prinsipcə hər şey, əlbəttə, 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı. Çünki bütün bunlar barədə Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Prinsipcə, elə hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı”, – dövlət başçısı qeyd edib.
Bizi WhatsApp-da izləyin
ARZUNUN VAXTI ➧
QAPQARA ➧
AYDIN TARİX ➧
ORALARDA NECƏDİR? ➧
O VAXTLAR ➧
SONUNCU ŞAHİD ➧
BAKU ANALİTİK ➧
BAKU MED ➧
RƏSMİLƏR ➧
BAKU AKTUAL ➧
RETRO BAKU ➧
ARAŞDIRMA ➧
44 GÜN ƏSGƏR RƏŞADLA ➧
QARABAĞ XRONİKASI ➧
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧
Azərbaycanlıların barbarcasına deportasiyasına göz yumulurdu | İlham Əliyev
2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#bakutv #şuşa #qlobalforum #deportasiya #mediaforumu #beynəlxalqforum #şuşadaforum #qlobalmediaforum #2cişuşaqlobalforumu #şuşaqlobalmediaforumu #ilhamliyev #prezident #ölkəbaşçısı #ilhamaliyev