Ölkəmiz XXXIII Yay Olimpiya Oyunlarında 7 medal qazandı

Ölkəmiz XXXIII Yay Olimpiya Oyunlarında 7 medal qazandı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarını Azərbaycan ümumilikdə 7 medalla başa vurub. Yarışda ölkəmizə ilk və yeganə qızıl medalları cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev qazandırıb. Ardınca taekvondoçumuz Qaşım Maqomedov və boksçumuz Alfonso Dominges olimpiadada ikinci yerin sahibi kimi gümüş mükafata yiyələniblər. Yarışın son medalları isə güləşçilərimizin aktivindədir. Belə ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov və sərbəst güləşçilərimiz Giorgi Meşvildişvili ilə Maqomedxan Maqomedov bürünc mükafatların sahibi olublar. Qeyd edək ki, iyulun 26-sı start götürən olimpiadada ölkəmiz 15 növdə 48 idmançı ilə təmsil olunub. Maraq üçün deyək ki, Yay Olimpiya Oyunlarında ilk üçlükdə Çin, ABŞ və Avstraliya yer alıb. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Ölkəmiz XXXIII Yay Olimpiya Oyunlarında 7 medal qazandı 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #paris2024 #azərbaycan #olimpiada #idmançılarımız #fransa
Back to Top