İranda rəqiblərini keçən azərbaycanlı namizəd, əslində, kimdir?

İranda rəqiblərini keçən azərbaycanlı namizəd, əslində, kimdir? İranda prezident seçkisinin təbliğat kampaniyası başa çatıb. Yerli KİV-in yaydığı məlumata görə, iyunun 28-də İranda 14-cü prezident seçkisi keçiriləcək. Tehranda növbədənkənar prezident seçkilərində Parlament sədri Məhəmməd Bağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin təhlükəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili və ölkənin sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi iştirak edəcək. Qeyd edək ki, islahatçılar düşərgəsinə mənsub olan keçmiş səhiyyə naziri Məsud Pezeşkian İranın potensial prezidentləri arasında liderdir. 70 yaşlı Məsud Pezeşkian Soyuqbulaq şəhərində azərbaycanlı ailəsində anadan olub. Seçkiqabağı təşviqat zamanı o, kimliyi ilə ilə fəxr etdiyini bildirib. Həmçinin o, Tehran vilayətinin Vəramin rayonunda çıxışı zamanı “Yaşasın Azərbaycan!” şüarını da səsləndirib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ İranda rəqiblərini keçən azərbaycanlı namizəd, əslində, kimdir? 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #iran #pezeşkian #namizəd #prezident #prezidentseçkisi #tehran #növbədənkənarseçki #məsudpezeşkian
Back to Top