Paşinyanı özündən çıxaran sual | Ay fırıldaqçı, sən ermənilərin...

Paşinyanı özündən çıxaran sual | Ay fırıldaqçı, sən ermənilərin... “Bu yaxınlarda mənə belə bir sual ünvanladılar. Belə ki, biz davamlı olaraq 10 milyon erməni deyirik, lakin o ermənilərin siyahısı haradasa öz əksini tapıb, ya yox? Əminəm ki, yoxdur“. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, ölkədə numerologiyaya önəm verilir: “Budur, sizə görə o rəqəm müqəddəsdir. O rəqəm nə artır, nə də azalır, siz onu dəyişə bilməzsiniz. Biri desə ki, 10 milyon deyil, 10 milyon 561 mindir, hamı hücuma keçəcək. Onlar bir ağızdan deyəcəklər: “Ay axmaq, ay diletant, sən bunu haradan bilirsən?”. Eyni şəkildə başqa bir nəfər desə ki, yox, 9 milyon 200 mindir, onda da deyəcəklər: “Ay fırıldaqçı, sən ermənilərin qlobal təsir səviyyəsini aşağılayırsan, bir qələm zərbəsi ilə 800 min ermənini silib çıxarırsan”. Belə demək istədiyim odur ki, bizim reallığımız bundan ibarətdir“. Qeyd edək ki, Baş nazir 10 milyon insandan yalnız bir neçə yüz nəfərin “Mən Davam” proqramında iştirak etdiyini açıqlayıb. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Paşinyanı özündən çıxaran sual | Ay fırıldaqçı, sən ermənilərin... 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #paşinyan #ermənilər #fırıldaqçı #nikolpaşinyan #ermənistan #erməni #başnazir
Back to Top