“Mənim atam qəhrəmandır” silsilə tədbirinə şəhid anaları da qatılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production“ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır“ adlı silsilə layihənin növbəti tədbiri şəhid analarının iştirakı ilə həyata keçirilib. Qeyd edək ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən start götürən tədbirdə şəhid övladları ekskursiya avtobuslarında şəhəri dolaşaraq “Zəfər marşı”nı ifa ediblər. Şəhid övladları öz atalarının, digər uşaqlar subay şəhidlərimizin, şəhid anaları isə öz övladlarının rəsmi həkk olunmuş və “Mənim qəhrəmanım” yazılı geyimlərdə tədbirə qatılıblar. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində davam edən tədbirdə uşaqlar üçün əyləncəli proqramlar keçirilib
Back to Top