Lavrov Qarabağdakı ermənilərin hüquqlarının təmin edilməsindən danışdı - BAKU TV
Lavrov Qarabağdakı ermənilərin hüquqlarının təmin edilməsindən danışdı - BAKU TV
Aktual xəbərlərimiz
Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib:
“Azərbaycan bu məsələni müzakirə etməyə, Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqların eynisini Qarabağdakı ermənilərə şamil etməyə və buna dair zəmanət təqdim etməyə hazırdır”.
Lavrov həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”, Rusiyanın isə bu məsələyə heç bir aidiyyatı yoxdur.
“ATƏT-in Minsk qrupu yaradılanda məqsəd bölgədə təsir gücünə malik olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-ın həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı“, - deyə Rusiya xarici işlər naziri deyib.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
Lavrov Qarabağdakı ermənilərin hüquqlarının təmin edilməsindən danışdı
© 2022 © All Rights Reserved ℗ Baku TV
#lavrov #qarabag #huquq