Krım körpüsündə partlayış - BAKU TV

Krım körpüsündə partlayış - BAKU TV Aktual xəbərlərimiz Krım körpüsünün dəmir yolu xəttində güclü yanğın baş verib. Hadisə ilə bağlı Krımın Fövqəladə Hallar Xidmətindən isə bildirilib ki, yanacaq çəninin partlaması nəticəsində körpüdə yanğın başlayıb, qatarların hərəkəti dayandırılıb. “Körpüdə böyük yanğın var və insanların ora getməsinə icazə verilmir. Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəb və nəticələr barədə danışmaq tezdir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır“, - deyə yerli orqanlardan bildiriblər. Xatırladaq ki, bundan öncə də Rusiyanın işğalı altında olan yarımadada silsilə partlayışlar baş verib. Xüsusilə, avqust ayında Novofedorovka yaxınlığındakı aerodromda partlayışlar olub. Bundan sonra ruslar yarımadanı kütləvi şəkildə tərk etməyə başlayıblar. Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Krım körpüsündə partlayış #krım #korpu #partlayis #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top