BMT-dən Azərbaycanla bağlı dəhşətli proqnoz
BMT-dən Azərbaycanla bağlı dəhşətli proqnoz
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər.
Azərbaycan ailələrində ta qədimdən oğlan uşaqlarına daha çox üstünlük verilib. Müasir dövrdə də bununla bağlı fikirlər bir o qədər dəyişməyib. Oğlanlara nəslin davamçısı kimi baxılır.
Gender məsələləri üzrə ekspert Aynur Veysəlovanın sözlərinə görə, Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdədir. Belə ki, 100 qıza 105-107 oğlan düşməlidirsə, son illər bu bioloji norma 2 dəfə artıb.
Qanunvericiliyə görə, Azərbaycanda selektiv abortların aparılması qadağandır. Cinayət Məcəlləsinin 141-ci maddəsinə görə, qanunsuz abort etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır.
Maraqlıdır, selektiv abortlara görə cəza tədbirləri varsa, qızların sayı niyə azalır?
Aktual xəbərlərimiz
*****
BMT-dən Azərbaycanla bağlı dəhşətli proqnoz
℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC
*****
BMT-dən Azərbaycanla bağlı dəhşətli proqnoz
#BMT #BirləşmişMillətlərTəşkilatı #Azərbaycan #proqnoz #qız #oğlan #uşaq #övlad #nəsil #uşaqlarınsayı #haber #gündem #sondakika #sonxəbər #sonxəbərlər #xəbər #xəbərlər #xəbərlərbugün #xeberler #xəbər #gündəm