Qəhrəman dənizçilərimiz Xəzərin keşiyində - BAKU TV

Qəhrəman dənizçilərimiz Xəzərin keşiyində - BAKU TV Aktual xəbərlərimiz Azərbaycan Hərbi Dəniz Qüvvələri Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə formalaşdırılmağa başlayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Hərbi Dəniz Qüvvələrinin hüquqi bazası formalşadırılıb, 1992-ci il 26 iyul tarixində “Bakılı” gözətçi gəmisində üçrəngli Azərbaycan bayrağı qaldırılıb və bununla da Hərbi Dəniz Qüvvələrinin yaradılmasına start verilib. HDQ ölkəmizi beynəlxalq müsabiqə və təlimlərdə layiqincə təmsil edir. Silahlı Qüvvələrin bu növü özünün inkişaf mərhələsindədir. Burada xidmətin təşkili üçün bütün şərait yaradılıb. Gənc hərbçilər burada təlim və tədris proseslərinə cəlb edilir. HDQ Xəzərin Azərbaycan sektorunda enerji infrastrukturunun qorunması üzrə xidmət aparır. Vətən müharibəsi dövründə HDQ-nin şəxsi heyəti, eləcə də xüsusi təyinatlıları və dəniz piyadaları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqları ilə seçilib. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Qəhrəman dənizçilərimiz Xəzərin keşiyində #bakutv #herbi #herbidenizquvveleri #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top