Laçının Zabux kəndində qanunsuz məskunlaşan ermənilər artıq kəndi tərk ediblər. Zabux tamamilə boşaldılıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Belə ki, Demokratik Konsolidasiya Partiyasının sədri, Zabuxda məskunlaşan Suren Petrosyan öz Facebook səhifəsində bütün ermənilərin Azərbaycan kəndini tərk etdiyini yazıb.
Daha bir məlumatda isə hazırda Laçın şəhərində də bir-iki ailə qalıb, onlar da köç hazırlıqlarını bitiriblər.
Bu arada erməni social şəbəkə seqmentində Azərbaycan yanğınsöndürənlərinin Laçında hərəkət etməsi ilə bağlı da video yayılmışdı.
Hazırda Laçını tərk edən ermənilər isə kin və nifrətlərini müvəqqəti məskunlaşdıqları evlərdən və meşələrdən çıxırlar. Artıq bir neçə gündür ki, elə ermənilərin özləri tərəfindən Laçının Zabux və Sus kəndlərində evləri və meşələri necə yandırmaları ilə bağlı videolar yayılır. Bu da erməni vəhşiliyinin daha bir bariz nümunəsi
#ictimaitv #video #televiziya #baku #videolar #itv