Sülhməramlılar Xocalıda abidələri niyə dağıdır ? - BAKU TV

Sülhməramlılar Xocalıda abidələri niyə dağıdır ? - BAKU TV Aktual xəbərlərimiz Vətən müharibəsindən sonra sabitliyi təmin etmək üçün Qarabağa müvəqqəti olaraq Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Onlar da vəzifələrini yerinə yetirməkdənsə, daha çox məramlarına zidd addımlar atırlar. Əvvəllər separatçıların təxribatlarına göz yumurdularsa, indi tarixi irsimizə qənim kəsiliblər. Belə ki, Xocalıda e.ə 14-8 ci əsrlərə aid kurqanların bir hissəsi dağıdılıb. Tədqiqatçı Səbuhi Hüseynov deyir ki, sülhməramlılar Xocalı Hava Limanı ərazisində yerləşən sözügedən kurqanlardan hərbi məqsədlər üçün istifadə etməyə başlayıb. 4 böyük kurqandan biri məhv edilib, Haçatəpə adlanan ən böyük kurqan isə dağılma təhlükəsi ilə qarşı-qarşıyadır. Sözügedən tarixi mədəniyyət nümunəsi Qafqazda müxtəlif tip abi
Back to Top