Ermənistan tankçılarının “drift“ sevdası - BAKU TV

Ermənistan tankçılarının “drift“ sevdası - BAKU TV Qarabağdakı antiterror əməliyyatı ilə bağlı ən son görüntü və xəbərləri teleqram kanalımızda izləyin: Aktual xəbərlərimiz Ermənistan hərbçilərin “əzələ nümayişi” onlara baha başa gəlib. Belə ki, Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarında iştirak edən Ermənistan tankçıları nədənsə yekəxanalıq etmək eşqinə düşüblər. Bunun üçün isə erməni tankçıların ağlına gələn ilk şey idarə etdikləri texnika ilə “drift” etmək olub. Yəqin ki, erməni tankçılar bununla öz “bacarıq” və “qabiliyyət”lərini nümayiş etdirəcəklərinə inanıblar. Lakin yekunda tank aşmaqdan son anda qurtulub. Bu işdə erməni hərbçilərin “peşəkarlığı” böyük rol oynayıb. Sözsüz ki, ortaya çıxan mənzərə kapitulyant ordunun texnikasının sınıq-salxaq vəziyyətini də ortaya qoyub. Yekəxanalıq eşqinə düşən erməni hərbçilər tankın “drift” etdiyi yerdə dayanıb hərəkətsiz qalması ilə biabır olublar. Bundan sonra isə “şoumen tankçılar” kömək çağırmalı olublar. Tankla şou nümayiş etdirə biləcəklərinə inanacaq qədər “sadəlövh” olan erməni hərbçilər yekunda öz tanklarını meydandan digər bir texnikanın köməyi ilə dartıb çıxarıblar. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Ermənistan tankçılarının “drift“ sevdası #ermenistan #tank #drift #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər #qarabag #qarabagda #veziyyet #qarabağda #vəziyyət
Back to Top