Ermənistan parlamentində qalmaqal yaşandı - Baku TV

Ermənistan parlamentində qalmaqal yaşandı - Baku TV Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı qalmaqal yaşanıb. “Şərəfim var” blokunun üzvü Hayk Mamicanyan Paşinyanı vətənə xəyanətdə ittiham edib: “Ədliyyə nazirinizin penitensiar müəssisələrin təmiri təşəbbüsü ilə çıxış etməsi yaxşı haldır, çünki siz gələcəkdə orada olacaqsınız”. Parlamentarinin bu sözlərinə Paşinyanın cavabı belə olub: “Sənə pis xəbərim var. Mən Ermənistanda 4 penitensiar müəssisədə olmağı bacarmışam və orada özümü heç pis hiss etməmişəm”. Bu zaman rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasından seçilən deputatlar Paşinyanı müdafiə etməyə çalışıblar. Lakin bu, əvvəlcə deputatların mübahisəsinə, ardınca isə bir-birilərini təhqir etməsinə səbəb olub. Nəticədə, müxalifət deputatları opponentlərini sona qədər dinləmədən iclası tərk ediblər. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin: **** Bizi Sosial
Back to Top