Qarabağdakı sülhməramlıların komandanı yenə dəyişir - Baku TV

Qarabağdakı sülhməramlıların komandanı yenə dəyişir - Baku TV Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olunub. -ın məlumatına görə, sülhməramlıların komandanı planlı rotasiyaya uyğun şəkildə dəyişdiriləcək. Hazırda təhvil-təslim işlərinin getdiyi bildirilir. Sözügedən vəzifədə general-leytenant Gennadi Anaşkini general-mayor Andrey Volkovun əvəzləyəcəyi qeyd olunur. Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər sülhməramlı kontingentə rəhbərlik edən general-leytenant Rüstəm Muradovun müavini olub. O, hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəridir. Xatırladaq ki, Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirildiyi 2020-ci ilin noyabrından bəri bu 4-cü komandan dəyişikliyidir. Belə ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilib. Sonra qısa müddət ərzində bu vəzifən
Back to Top