Hadrutdakı müəmmalı tunel ilk dəfə “Baku TV“ də
Baku TV Qarabağın cənub qapısı hesab edilən Hadrutdan reportaj hazırlayıb.
Viran edilmiş kənd və şəhərlərin, qəsəbələrin yenidən salınması yolla başlayır. Hadrut qəsəbəsinə 39,7 km uzunluğunda və 1-ci texniki dərəcəyə uyğun Şükürbəyli-Cəbrayıl-Hadrut yolu çəkilir. Hazırda yolda qazma və torpaqlama işləri aparılır.
Qəsəbədə yerləşən və demək olar ki, istismar müddətini başa vuran elektrik yarımstansiyası müharibədən sonra yenilənib. Buraya Cəbrayıldan elektrik xətləri çəkilib və qəsəbənin əsas obyektləri elektrik enerjisi ilə təmin olunub. Daha sonra Prezident İlham Əliyev tərəfindən qəsəbədə tam müasir tipli yeni qovşaq yarımstansiyasının təməli qoyulub.
Baku TV-nin çəkiliş qrupu Hadrutdakı evləri müşahidə edərkən maraqlı mənzərə ilə qarşılaşıb. Qəsəbədəki evlərdən birində tunel olduğu məlum olub. İlkin ehtimala görə, ermənilər bu tunellərdən qaçmaq və gizlənmək üçün istifadə edib.
***************
Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə