Şah Əbdul Əzim kimdir?

Şah Əbdul Əzim kimdir? #ŞahƏbdulƏzim #SahAbdulAzim #Şahabdulazim Seyyid Əbdüləzim Həsəni ikinci imam Həsənin (ə) nəslindən idi. Miladi 789-cu ildə Mədinədə doğulmuş, öz zamanında çox ibadət edən, elmli və əxlaqlı bir insan kimi tanınmışdı. Müasiri olan Əhli-beyt imamları ilə sıx rabitə saxlayırdı. Onun həyatının əsas hissəsi onuncu imam Əli Nəqinin (ə) imaməti dövrünə təsadüf edirdi. Seyyid Əbdüləzim Həsəni İmam Nəqinin (ə) etibarlı adamlarından və nümayəndələrindən idi. Bəzi hədislərə əsasən, İmam Nəqi (ə) insanlara dini suallarla bağlı Əbdüləzimə müraciət etməyi tövsiyə edirdi. O, İmam Nəqinin (ə) məsləhəti ilə Rey şəhərinə (o zamanlar Tehran yaxınlığında bir qəsəbə idi) köçmüş və ömrünün son illərini orada gizli şəkildə keçirmişdi. Miladi 866-cı ildə vəfat etmiş və Rey şəhərində dəfn olunmuşdu. Sonralar Seyyid Əbdüləzimin məzarı üzərində türbə tikildi, müxtəlif sülalələr zamanında türbə təmir edilib böyüdüldü. Hazırda “Şah Əbdüləzim” adlanan bu ziyarətgah iri kompleks şəklində fəaliyyət göstərir. Əvvəllər Şah Əbdüləzim ziyarətgahı “bəst”, yəni sığınacaq sayılırdı. Təqsiri olan şəxslər cəzadan amanda qalmaq üçün bura pənah gətirirdilər. Bəstin daxilində bir kəsi cəzalandırmaq qadağan idi və bura pənah gətirənləri bəzən əfv edirdilər. ╼► @xalil333_ ╼► ╼► ╼► ╼► ╼► ╼► xalil333,islam,şiə,əhli-beyt,müsəlman,ehli-beyt,namaz,quran,kerbela,haci sahin,haci shahin,haci ramil,haci ehliman,imam eli,islam dini,mersiye,yeni mersiye,hacı şahin,tovbe zamani,imam huseyn,imam zaman,haci ahliman,haci elemdar,dini sohbet,cin,taleh,dini kino,dini film,imam hüseyn,mərsiyə,imam mehdi,imam məhdi,xanim zehra,xanim fatime,dini video,imam,imam əli,Şah Əbdul Əzim kimdir,sah abdul azim,şah abdul azim,imamzade,imamzadə,əbdul əzim
Back to Top