İzmirdə yenidən şiddətli meşə yanğınları başlayıb

İzmirdə yenidən şiddətli meşə yanğınları başlayıb Türkiyənin İzmir bölgəsinin iki fərqli ərazisində yanğın baş verib. Yanğınların səbəbi hələlik məlum deyil. Bildirilib ki, İzmirin Aliağa bölgəsində yanğınla mübarizəyə 6 helikopter, 4 təyyarə və 100-ə yaxın yanğınsöndürən cəlb edilib. Digər yanğın Menderes rayonunun meşəlik sahəsində başlayıb. Bura isə 5 helikopter, 3 təyyarə və yanğınsöndürən briqadalar cəlb olunub. Xatırladaq ki, artıq 10 günə yaxındır ki, Türkiyənin İzmir bölgəsində meşə yanğınları baş verir. Abunə ol ☛
Back to Top