Bakıda tozlu hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə havada toz-duman müşahidə edilir Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur. Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.
Back to Top