Qazaxıstandan Azərbaycana hədiyyə - BAKU TV

Qazaxıstandan Azərbaycana hədiyyə - BAKU TV “Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür edirəm”. Bunu aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatla çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, mərkəzin tikintisi artıq başlanıb. “Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi – 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazini praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda”, - deyə o qeyd edib. Qazaxıstandan Azərbaycana hədiyyə © 2023 © All Rights Reserved ℗ Baku TV #qazaxistan #azərbaycan #hediyye
Back to Top