Paşinyanın gerçək xisləti ortaya çıxdı - Baku TV

Ermənistanın Baş naziri Nikol Paşinyan son günlər sosial şəbəkələrdə daha çox təhqirlərə məruz qalır. Deyəsən, Paşinyan həmin şəxslərin cəzalandırılması üçün xüsusi tapşırıq da verib. Belə ki, onun “Facebook” səhifəsindəki şəklinin altında təhqiredici şərhlər yazılması ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, “İctimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək” maddəsi ilə cinayət işi başlanılıb. O da qeyd olunub ki, artıq həmin şərhi yazan şəxsin müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Maraqlıdır ki, Nikol Paşinyan bundan öncə də dəfələrlə sosial şəbəkə istifadəçiləri tərəfindən təhqir olunsa da, susqunluq nümayiş etdirirdi. Qarabağ müharibəsi zamanı, demək olar ki, təhqirlər pik həddə çatmışdı. Hətta nəinki sosial şəbəkələrdə, həmçinin mitinqlərdə, o cümlədən onunla qarşılaşan ermənilər tərəfindən ən ağır ifadələrə məruz qalırdı. Amma bütün təhqirlərin qarşılığında güzəştə getməyi bacarırdı. Ancaq indi nəd
Back to Top