Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı? - Baku TV

Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı? - Baku TV Prezidentin Anadolu Agentliyinə müsahibəsində diqqət çəkən məqamlardan biri də, şübhəsiz ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı fikirləri oldu. Ölkə başçısının da bildirdiyi kimi, artıq “Dağlıq Qarabağ” münaqişəsi yoxdur və Azərbaycan öz gücünə bu münaqişəni həll edib. Bu da o deməkdir ki, Minsk qrupunun fəaliyyəti üçün əsas qalmayıb. Ancaq yenə də iki ölkə arasında etimad tədbirlərinin görülməsi və sülh prosesinə dəstək olmaq üçün Minsk qrupu fəaliyyət göstərə bilər. Siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib ki, Minsk qrupunun müharibədən sonra fəallaşma istəkləri yenidən Ermənistana dəstək məqsədi daşıyır. Minsk qrupu Azərbaycanla Ermənistan arasındakı münaqişənin nizamlanması ilə bağlı yaradılsa da, 30 il ərzində yekun nəticə hasil olmadı və qurum iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına nail ola bilmədi. Həmsdərlik insitutu bu illər ərzində demək olar ki, sıfır məsafə qət elədi və münaqişə Azərbaycanın öz qüdrəti nəticəsində həllini
Back to Top