Ermənistanda kəndlilər yolu bağladılar - Baku TV

Ermənistanda kəndlilər yolu bağladılar - Baku TV Ermənistanda daxili-siyasi gərginlik səngimək bilmir. Üzümçülüklə məşğul olan kəndlilər İrəvan-Arazdəyən yolunu bağlayıblar. Erməni mətbuatında fermerlərin yolu etiraz əlaməti olaraq bağladıqları qeyd edilib. Məlumata görə, üzümün alış prosesindən narazı olan kəndlilər Zəngibasarın qubernatoru ilə görüş tələb edirlər. Əraziyə polis qüvvələrinin cəlb olunduğu bildirilib. Qeyd edək ki, Ermənistanda kəndlilərin etiraz əlaməti olaraq yolları bağlaması artıq ənənəvi hal alıb. Bundan öncə Qərbi Zəngəzur bölgəsində su probleminə etiraz edən fermerlər Üçmüədzin-Əştərək yolunu bağlamışdılar. Yalnız polis əməkdaşları ilə uzunmüddətli danışıqlardan sonra yol açılıb. Kəndlilər problemin həllini tapmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bəyan ediblər. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və mara
Back to Top