Xocavənddə əməliyyat keçirilib - BAKU TV

Xocavənddə əməliyyat keçirilib - BAKU TV ☑️Aktual xəbərlərimiz Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçirib. Polis əməkdaşları 44 günlük Vətən müharibəsi ərəfəsində ermənilərin Xocavənd rayonu ərasində atıb-qaçdığı xeyli sayda silah-sursat aşkar edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, tapılan 5 avtomat, 3 qumbaraatan, 2 pulemyot, 1 tank əleyhinə idarə olunan raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, 2358 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması
Back to Top