Rusiyanın daha 4 təyyarəsi sıradan çıxarıldı - BAKU TV

Rusiyanın daha 4 təyyarəsi sıradan çıxarıldı - BAKU TV Ukrayna Müdafiə Nazirliyi ölkədəki son vəziyyətlə bağlı məlumat yayıb. Bu barədə Nazirliyin feysbuk səhifəsində paylaşım edilib. Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 4 təyyarəsi, 3 helikopteri və 1 pilotsuz uçuş aparatı məhv edilib. Məlumata görə, Kiyev vilayətində qarşı tərəfin Su-35, Su-34 və Su-25 təyyarələri ukraynalı müdafiəçilərin istehkamlarına raket-bomba zərbələri endirməyə cəhd göstərib. Rusiya Ordusu heç bir istiqamətdə uğur qazana bilməyib. Rusiya Silahlı Qüvvələrinin əsas səyləri işğal olunmuş ərazilərdə möhkəmlənməyə sərf edilib. Onların silah və hərbi texnika təminatı üçün mülki obyektlərdən, o cümlədən dini yerlərdən istifadə etdiyi aşkarlanıb. Nazirliyin yaydığı məlumatda həmçinin qeyd edilib ki, Rusiya hərbçiləri komandanlığın əmrlərini icra etməkdən boyun qaçırırlar. Rəsmi informasiyaya görə, Rusiya ərazisindəki Belqorod Hərbi Komendantlığının düşərgəsində yaralanmış əsgərlər var. Onların bəziləri yenidən döyüşlər
Back to Top