Ordumuzun düşməni 24 saatda məğlub etdiyi gün | Qarabağda antiterror tədbirlərinin ildönümü

Ordumuzun düşməni 24 saatda məğlub etdiyi gün | Qarabağda antiterror tədbirlərinin ildönümü Qarabağda aparılan və erməni separatizminə son qoyulan lokal xarakterli antiterror tədbirlərinin başlanmasından bir il ötür. Sözügedən antiterror tədbirlərinin keçirildiyi gün erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partladılması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid olub və yaralanıblar. Bununla yanaşı, Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etdi. 19 sentyabr 2023-cü ildə səhər saatlarında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıb. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan Ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurulub. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan Ordusu tam şəkildə tərksilah ediliblər. Separatçıların əsas rəhbərləri həbs edilib. Düşmənin qüdrətli Ordumuzun qarşısında 23 saat 50 dəqiqə dayana bilib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Ordumuzun düşməni 24 saatda məğlub etdiyi gün | Qarabağda antiterror tədbirlərinin ildönümü 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #qarabağ #antiterror #ildönümü #ermənilər #azərbaycanordusu #müharibə #antiterrortədbirləri
Back to Top