Cinare Melikzade & Ressam - Demisdin
Çinarə Məlikzadə x Rəssam - Demişdin
Layihə rəhbəri / Mətbuat katibi: Balkan
Söz / Musiqi: Çingiz Əliyev
Rap: Rəssam
Aranjıman: Haix Rozen
Mix / Mastering: Rəssam
Cover: Shahin Allahverdiyev
Produsser: Ümid Zahid Babayev
PR Menecer: Nadir Kərimov
“Demişdin“ - Sözlər (Lyric)
Demişdin ayrılıq olmayacaq
Gözlərin yaşla dolmayacaq
Bütün bu sözlərə inanardım
Bilsəmki yalnız qoymayacaq
Verse -1
Soruşursanki nəyini sevdim
Mən sənin sevməyini sevdim
Gözünü qıyıb gülməyini sevdim
Hisslərim hələ də eyni
Sevgi düşmən deyil axı bizə
Bircə dəfə gəlsək göz - gözə
Başa düşərsən ki, məndən başqa
Hər dəfə gedişinə kim axı dözə
Kim axı süzər səhər çayını
Yox axı bizə qəzəbi tanrının
Saydımı fələk istədiyni saydımı
Verse -2
Sən tərs mən tərs düz gəlmirik
Dağıdıb sökürük ələ gəlmirik
Biz də nə var ki, tükədə bilmirik
Sönən hisslərə alışa bilmirik
Dalaşıb sonra düzələ bilmirik
Yaralarımızı birləşdirmirik
Artıq sən mən üzə bilmirik
Söz veririk söz tuta bilmirik
Ayrılıb, çıxıb gedə bilmirik
Mane olub, mənanı biımirik
Nə edirik özümüz bilmirik
İyrəndirib, kirləndirmirik
Yayı çəkirik oxu ata bilmirik
Darıxırıq amma bir araya gəlmirik
Başqa gözlərə də baxa bilmirik
Ayrılsaq da deyə bilmirik - darıxıram
Nəqarət:
Demişdin ayrılıq olmayacaq
Gözlərin yaşla dolmayacaq
Bütün bu sözlərə inanardım
Bilsəmki yalnız qoymayacaq
© 2024 NK Media
Çinarə Məlikzadə - nin ifa etdiyi bütün audio və video məzmunlar “NK Media“ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#CinareMelikzade #Ressam #Demisdin