Zəngəzur dəhlizi yalnız siyasi əhəmiyyət kəsb etmir - Baku TV

Zəngəzur dəhlizi yalnız siyasi əhəmiyyət kəsb etmir - Baku TV Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngəzur dəhlizinin təməli qoyuldu. Türk dünyasını birləşdirəcək dəhlizin əhəmiyyətindən danışan liderlər həm Azərbaycan, həm də Türkiyənin Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atdığını vurğuladılar. Dəhlizin açılması onu göstərir ki, həm Türkiyə, həm də Azərbaycan bu məsələdə daha israrlıdır və bir mövqedən çıxış edirlər. Bu da təbii ki, ölkələrimiz üçün olduqca mühüm məsələlərdən biridir. Aydın məsələdir ki, Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız siyasi əhəmiyyət kəsb etmir, ortada həm də iqtisadi maraqlar var. Dəhlizin iqtisadi əhəmiyyəti isə ilk növbədə regional inkişafla bağlıdır. Çünki dünyada və bölgədə formalaşan yeni iqtisadi reallıqlar fonunda regional inteqrasiya olduqca böyük önəm daşıyır. Bu baxımdan, Zəngəzur dəhlizi tədricən xarici iqtisadi siyasət nöqteyi-nəzərindən də bölgə dövlətlərinin prioritetinə çevrilməlidir. Bir sözlə, Zəngəzur dəhlizini
Back to Top