Şövkət Ələkbərova — Yenə O Bağ Olaydı (Rəsmi Audio)
Şövkət Ələkbərovanın “İfalar, Vol.4” albomundan “Yenə O Bağ Olaydı“ ifası artıq onlayndır.
Şövkət Ələkbərovaya YouTube-da abunə ol:
Musiqi: Hacı Xanməmmədov
Söz: Mikayıl Müşfiq
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid:
Genius:
Sözlər:
[Bənd 1]
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq, sizə qonşu olaydıq
Yenə o bağ olaydı, səni tez-tez görəydim
Qələmə söz verəydim
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
[Nəqərat]
Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi?
Söylə, ürəyincəmi?...
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
[Bənd 2]
Yenə o bağ olaydı, yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla ruhumu dindirəydin
Məni sevindirəydin
Məni sevindirəydin
Gizli söhbət açaydıq ruhun ehtiyacından
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin
[Nəqərat]
Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Arzuya bax, sevgilim, tellərindən incəmi, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
[Çıxış]
Yenə o bağ olaydı...
Şövkət Ələkbərova tərəfindən ifa olunan “Yenə O Bağ Olaydı” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022
Etiketlər:
#ŞövkətƏləkbərova #YenəOBağOlaydı #mikpro