Şövkət Ələkbərova — Dağlar (Rəsmi Audio)
Şövkət Ələkbərovanın “İfalar, Vol.4” albomundan “Dağlar“ ifası artıq onlayndır.
Şövkət Ələkbərovaya YouTube-da abunə ol:
Musiqi: Emin Sabitoğlu
Söz: Səməd Vurğun
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid:
Genius:
Sözlər:
[Bənd 1]
Binələri çadır-çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
[Keçid]
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
[Nəqərat]
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
[Bənd 2]
Qayaları baş-başadır
Güneyləri tamaşadır
Gödək ömrü çox yaşadır
Canım dağlar, gözüm dağlar!
Gödək ömrü çox yaşadır
Canım dağlar, gözüm dağlar!
[Keçid]
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
[Nəqərat]
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
[Muğam]
Baxt məni bu yerə qonaq göndərdi
Gedirəm, ey… Gedirəm, yamandır ayrılıq dərdi
Demə, Səməd Vurğun gəldi-gedərdir
Demə, Səməd Vurğun gəldi-gedərdir
Unutmaz, unutmaz bu oba, bu mahal məni, məni...
[Keçid]
Bir qonağam bu dünyada
Bir gün ömrüm gedər bada
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
[Nəqərat]
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Dağlar, dağlar, dağlar, dağlar
Düz ilqarlı bizim dağlar
Şövkət Ələkbərova tərəfindən ifa olunan “Dağlar” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022
Etiketlər:
#ŞövkətƏləkbərova #Dağlar #mikpro