Bakının Sabunçu rayonu ərazisində yüksək sürətlə hərəkət edən VAZ 2107 markalı avtomobil tərəfindən törədilən qəzada yolun kənarı ilə gedən 3 nəfər avtomobilin altında qalıb.
Yüksək sürətlə hərəkət edən avtomobil dönərkən idarəetməni saxlaya bilməyib və yolun kənarı ilə gedən 2 qadın və bir uşağın üstünə aşıb.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, avtoxuliqanlar tərəfindən yol hərəkəti iştirakçılarının həyat və sağlamlıqlarına ciddi təhlükə yaradılır.
Onun sözl&