“İnsan Haqqları Günü“ndə Bakıda etiraz aksiyası

Dekabrın 10-da İctimai Palata Bakıda növbəti etiraz aksiyası keçirdi. Bakı Şəhər İcra Hakimiyyətinin təyin olunduğu yerdə - Milli Məclisin qarşısında keçirilməsinə razılıq vermədiyi aksiya Fəvvarələr Meydanında baş tutdu. Aksiya Beynəlxalq İnsan Haqları Günü münasibətilə təyin olunmuşdu. Məqsəd Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına etiraz etmək idi. Yüzlərlə insan İctimai Palatanın çağırışına qoşularaq aksiya çıxmışdı.
Back to Top