Azər Sani / Sınıq-sınıq
Musiqi: Etimad Əliyev
©️2021
Eşq əhlinin gərək ola qəlbi sınıq-sınıq.
Dağlanmış ola cismi, libası cırıq-cırıq.
Səs-küy salıb dolanmasın hər yerdə kubəku
Ahəstə dolaşsın, səsi çıxsın qırıq-qırıq.
Küllükdə, xərabatidə gəzsin veyil-veyil,
Hər yanı edə şöləyi-ahı yanıq-yanıq.
Məcnunu görmüşük gəzə dəşti qədəm-qədəm
Qapqara, uzun saçları olsun buruq-buruq.
Dərdi verir bu aşiqə gərdun, ləyən-ləyən,
Dərmanı istəmir heç içirtsin qaşıq-qaşıq.
Əvvəl yanır ürək qəmi-eşqə xımır-xımır,
Ta şölələnincə sonra eyvah açıq-saçıq.
Eşq aşiqi dilləndirər hər vaxt şirin-şirin.
Aşiq aşıq olunca nanaylar qatıq-qatıq.
Hicran gecəsi yatsa bir aşiq mışıl-mışıl,
Əldən verəcək yarı, çün olmub ayıq-sayıq.
Cismin əzaları gərək olsun qırıq-qırıq
Təzyiqə uğrasın bədən olsun sarıq-sarıq.
Çatdıqda kuyi-yarə sürünsün dizin-dizin,
Çör-çop batıq-batıq ola dizlər, çapıq-çapıq.
Ərşin mələkləri ona baxsın xısın-xısın,
Göylər o səbəbdən dəxi olsun yarıq-yarıq.
Azərdən aşiq olmaz bu yüklə ağır-ağır!
Biz görmüşük eşq əhli olurlar arıq-arıq.
#axundazersani #qezel
Axund Azer Sani Qezel siniq siniq