Qız sevdim, Nargilə,
Tutdum şirin dilə.
Dedim gəl əhd eyləyək
Canan dedi belə:
– Sevmirəm, sevmirəm, sevmirəm!..
Yox, yox, yox!..
Qаdаnı mən alım,
Başına dolanım,
Durulum, bulanım,
Ay qız,ay qız!
Neçə gündür, inan,
Yata bilmirəm.
Vəslinə, ey canan,
Çata bilmirəm.
Neyləyim, kimə söyləyim
Bu dərdi?!
Ay qız maaşım var,
Altımda maşın var.
Hər qəmzən göz üstədir
Bollu daş-başım var.
Sevirəm, sevirəm, sevirəm
Mən, mən, mən!
Ömrüm, yaraşığım,
Olmuşam aşığın,
Gözümün işığı,
Ay qız, ay qız!
Qız dedi: – Daş-başın
Başına dəysin!
Qadam o sürdüyün
Maşına dəysin!
Neyləyim kimə söyləyim
Bu dərdi?
Elə yox-yox deyir,
Danışıb gülməyir,
Dərdimi bilməyir,
Canan, canan!
Music : Tofiq Quliyev (1917-2000)
Lyrics : Zeynal Cabbarzadə (1920-1977)
1 view
697
210
1 year ago 00:02:52 1
Mirzə Babayev - Toy mahnısı ( music: Emin Sabitoğlu ) - “Bəyin oğurlanması“ filmindən
1 year ago 00:03:53 1
Aslan Mustafazade Limanlar piano version bestekar Resid Nesiboglu (ifa Mirze Babayev)
2 years ago 00:04:22 1
Mirzə Babayev ft Vüsalə Əsgərova - Necə unudum səni
4 years ago 00:05:01 2
Tofiq Quliyev - Qəmgin mahni/Onu bağışlamaq olarmı soundtrack