31 il həsrətdən sonra biz Xocalıya qayıdırıq: Ruhun şad olsun, Çingiz!
31 il həsrətdən sonra biz Xocalıya qayıdırıq: Ruhun şad olsun, Çingiz!
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.
Bu vəhşiliyi bütün dünyaya çatdıran isə jurnalist Çingiz Mustafayev olmuşdu. Onun Xocalıda erməni vəhşiliyini əks etdirən kadrları nə gözümüzdən silinəcək, nə də həmin kadrları çəkdiyi vaxt qəlbindən qopan acı hönkürtüsü qulaqlarımızdan çəkiləcək. Çingiz çəkə-çəkə ağlayır, ağlaya-ağlaya çəkirdi, amma kamerasını bir an da olsa, çiynindən yerə qoymurdu ki, dərdimizi, ağrımızı, faciəmizi dünyaya çatdırsın.
Həmin hadisələrin üzərindən 31 il ötüb. Ordumuzun şücaəti sayəsində Xocalı həsrətimizə son qoyulur.
İnanaq ki, əlində silah olmasa da, kamerası ilə Vətən uğrunda canını fəda edən Çingizin ruhu artıq şaddır. Çünki biz 31 il həsrətdən sonra Xocalıya qayıdırıq!
❂❂❂❂❂
❂❂❂❂❂
31 il həsrətdən sonra biz Xocalıya qayıdırıq: Ruhun şad olsun, Çingiz!
❂❂❂❂❂
2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#ÇingizMustafayev #MilliQəhrəman #Qarabağ #Xocalı #birinciqarabağmüharibəsi #ermənilər #azərbaycanordusu #ermənistan #azadxocali #sonxəbərlər #xəbər #xəbərlər #xəbərlərbugün #xeberler #xəbər #gündəm #azerbaycan #azerbaijan #hərbçi #Jurnalist #Qarabağmüharibəsi #XocalıSoyqırımı #MilliQəhrəman #Xocali