Paşinyan: “Azərbaycanın Naxçıvanla əlaqə yaratmaq niyyətini anlayırıq“

Ermənistan regionda kommunikasiyaların açılması qərarında qətiyyətlidir, Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə günü növbəti hökumət iclasında deyib. O, ötən ay parlamentə təqdim etdiyi beşillik hökumət proqramında da Ermənistan hakimiyyəti xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi həmsərhəd ölkələrlə münasibətlərin dərinləşdirilməsi və tənzimlənməsinin qeyd olunduğunu xatırladıb. Paşinyanın sözlərinə görə, o, yenidən baş nazir vəzifəsinə seçildikdən sonra ilk səfərini İran İslam Respublikasına edib və bu gün isə Gürcüstana gedəcəyini bildirib. “İstər İran İslam Respublikası, istərsə də Gürcüstanla müzakirələr gündəmində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır. Və bu kontekstdə bizim İran İslam Respublikası ilə sərhədimizi Gürcüstanla sərhədimizə bağlayan Şimal-Cənub layihəsini vacib hesab edirəm. Bizim üçün həmçinin Rusiya Federasiyası və İran İslam Respublikası ilə dəmiryol əlaqəsinin yaradılması son dərəcə vacibdir”, - Paşinyan deyib. Bu məsələnin həlli üçün üçt
Back to Top