Hulusi Akar Kərim Vəliyevlə görüşüb - Baku TV

Hulusi Akar Kərim Vəliyevlə görüşüb - Baku TV Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini − Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb. Hulusi Akar Kərim Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. O, Türkiyənin “bir millət, iki dövlət“ prinsipinə sadiq qalaraq, azərbaycanlı qardaşlarının haqlı mübarizəsində yanında olmağa davam edəcəklərini vurğulayıb. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhifəmiz: https://www.f
Back to Top