Sevgi Seiri

Sənsizəm, günəşim doğmayir belə, Şəfəqin qəlbimə yaymayir belə. Gecənin qaranliq məngənəsində, Qəlbim də darılxır durmayır belə. Sənsizəm,gözlərim gizlin ağlayir, Çırpınır,döyünür,ürək sızlayır. Ömrümün ilk bahar,gənclik çağında Yaralı gəncliyim qubar bağlayır. Sənsizəm,bağbanım bağsız qalıbdı, Güllərim ətirsiz,şəhsiz qalıbdı. Çağlayan bulaqlar qaynamır,coşmur, Urəyim bədəndə tənha qalıbdı.
Back to Top