Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olub

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov arasında görüş olub. Görüş Tacikistanın paytaxtı Düşənbədə MDB XİN başçıları Şurasının iclası çərçivəsində baş tutub. Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələsini müzəkirə ediblər. Müzakirə zamanı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyi bir daha vurğulanıb. Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb. Bu barədə Rusiya Xarici İşlər Naziri məlumat yayıb. #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top