Xankəndi-Laçın yolunda sülhməramlılar hərbi texnikalarını geri çəkdi - BAKU TV

Xankəndi-Laçın yolunda sülhməramlılar hərbi texnikalarını geri çəkdi - BAKU TV Aktual xəbərlərimiz Xankəndi-Laçın yolundakı Rusiya sülhməramlıları mövqelərində müəyyən dəyişikliklər ediblər. Belə ki, aksiya iştirakçılarının qarşısında duran sülhməramlılar artıq öz texnikalarının yanında cəmləşiblər. Lakin etirazçılar bundan istifadə edərək irəli getmək, sülhməramlılarla qarşıdurmaya girmək fikrindən uzaqdırlar. Çünki, aksiya dinc xarakterlidir. Əsas məqsəd Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır. Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Xankəndi-Laçın yolunda sülhməramlılar hərbi texnikalarını geri çəkdi © 2022 © All Rights Reserved ℗ Baku TV #xankendi #lacin #sulhmeramlilar #gericekildi #herbitexnika
Back to Top